Şəkidə "KİA" və "07" toqquşdu; 3 nəfər öldü - ADLAR - FOTOLAR

Oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Məlumata görə, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir. Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.
***
Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 18:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. "Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA", "VAZ-2107" və "VAZ-2106" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə "VAZ 2107" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində "KİA" markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.





Xaçmaz-Quba yolunda qəza tıxac yaratdı - FOTOLAR
Ağcabədidə AĞIR QƏZA: 4 nəfər... - YENİLƏNİB
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO










