Şəkidə maşın 2 piyadanı vurdu

Şəkidə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 24-ü axşam saat 20 radələrində rayonun Orta Zəyzid kənd sakinləri 1994-cü il təvəllüdlü, Fərid Polad oğlu İsfəndiyarov və 1996-cı il təvəllüdlü Əflatun Şahin oğlu Ağaşirinov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Həkim müayinəsi zamanı məlum olub ki, hər iki şəxs kəndin ərazisində yolla gedərkən onları avtomobil vurub. 22 yaşlı Fərid İsfəndiyarova ağır qapalı kəllə beyin travması dioqnozu qoyulub, vəziyyəti ağır olduğundan ilkin müayinə edildikdən sonra dərhal Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 20 yaşlı Əflatun Ağaşirinovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, Şəki ŞRPŞ-nin əməkdaşları hazırda hadisənin baş verdiyi Orta Zəyzid kəndində araşdırma aparırlar. İlkin araşdırmadan sonra piyadaları vuran sürücünün kimliyi barədə məlumat vermək mümkün olacaq.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












