Şəkidə yeniyetmə oğlan faciəli şəkildə öldü - YENİLƏNİB

Şəkidə avtomobilin vurduğu yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Asim Azər oğlu Abdurahmanlı müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən yol həyatını itirib.
Qeyd edək ki, Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, Asim Abdurahmanlını vurub.
Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
***
Şəkidə 15 yaşlı yeniyetməni maşın vurub.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 21 radələrində rayonun Qoxmuq kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Asim Azər oğlu Abdurahmanlını minik avtomobili vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan A. Abdurahmalı Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi












