Şəkidə yol qəzası - bir ailənin üç üzvü xəsarət alıb

Şəki rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06 radələrində Şəki-Qax magistral avtomobil yolunun Şəki rayonunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Ramazan Bədrəddin oğlu Hacıyevin idarə etdiyi “Opel-Asrta” markalı, 99 BX 335 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çuxura düşüb. Hadisə nəticəsində sürücü, onun həyat yoldaşı Pərvanə Hacıyeva və övladı 6 yaşlı Murad Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Pərvanə Hacıyevanın xəsarəti yüngül olduğundan müayinədən sonra evə buraxılıb. Sürücü və oğlunun vəziyyəti orta-stabil qiymətləndirilir. Onlar müalicələrini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












