Şəkidə yol qəzasında 5 nəfər yaralandı - SİYAHI

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Daşüz kənd sakini, Bilal Cəlal oğlu Abdulkərimovun idarə etdiyi "VAZ 2106" markalı 55 BK 471 dövlət nömrə nişanlı avtomobillə rayonun aşağı Göynük kənd sakini 1955-ci il təvəllüdlü Abdurahman Kərim oğlu Abdurahmanovun idarə etdiyi "VAZ 21099" markalı 55 BM 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəzadan sonra hər iki avtomobilin sürücüsü Bilal Abdulkərimov, Abdurahman Abdurahmanov və Bilal Abdulkərimovun maşınında sərnişin qismində olan bir ailənin üç üzvü, rayonun Aşağı Göynük kənd sakinləri 1984-cü il təvəllüdlü Esmira Ehtiram qızı Əlimərdanova, onun övladları 2001-ci il təvəllüdlü Zenfira İlqar qızı Əlimərdanova və 2009-cu il təvəllüdlü Tərlan İlqar oğlu Əlimərdanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Şəki RMX-dan verilən məlumata görə, yaralılardan Zenfira Əlimərdanovun vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar ilə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bloqerin bacısı avtoqəzada həlak oldu - FOTOLAR
Şamaxı-İsmayıllı yolunda qəza: Maşın aparan evakuator aşdı - VİDEO
Tovuzdakı qəzada həyatını itirən qazinin - FOTOsu
"Babək"də yük avtomobili mağazaya çırpıldı; obyektə və maşına ziyan dəydi - VİDEO
DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO
Ağır TƏYYARƏ QƏZASI - ÖLƏNLƏR VAR - YENİLƏNİB
Balaxanıda “Prius” işıq dirəyinə çırpıldı - VİDEO
Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu - VİDEO
Beyləqanda iki minik avtomobili toqquşdu - 3 nəfər xəsarət aldı - FOTOLAR
İdarəetmədən çıxan “Mercedes” beton maneənin üzərinə dırmandı - VİDEO
Naxçıvanda “BMW” ilə toqquşan “Hyundai” tanınmaz hala düşdü - VİDEO










