Sel avtomobili aparıb - Qubada

Güclü yağış Quba rayonunun 10-dan çox kəndinə ziyan vurub. Avtosfer.az xəbər verir ki, bu barədə “report”a Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov məlumat verib.
O bildirib ki, Qubanın Qonaqkənd kəndində sel evlərə və həyətyanı sahələrə dolub: “Bundan başqa, sel rayonun Utuq kəndində “Niva” markalı avtomaşınla çayı keçən kənd sakinlərini maşın qarışıq aparıb. Sürücü və sərnişinlər maşından çıxsalar da, sel nəqliyyat vasitəsini aparıb”.
Komissiya sədri qeyd edib ki, Xaltan kəndində pay torpaqlarına və evlərə ziyan dəyib: “Sel Qubanın Qırmızı qəsəbəsində elektrik dirəklərini yuyub aparıb. Bəzi kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Qudyalçayın daşması nəticəsində 37-ci km-dən 39-cu km-ə qədər yolu su yuyub. Çayın üzərində olan körpünü sel tamamilə aparıb. Hazırda Qubanın Qrız, Cek, Əlig, Haput, Bostankeş və Xınalıq kəndlərinə nəqliyyatla gediş-gəliş yoxdur. Hazırda həmin ərazidə texnika işləyir. Quba "Azəravtoyol" 6 saylı Yol İstismar İdarəsinin texnikaları və canlı qüvvəsi alternativ yol çəkilməsinə yardımçı olur. Bundan əlavə, Bakı-Quba-Rusiya yolunun Vəlvələ kəndinin yaxınlığından keçən Vəlvələ çayının üzərindəki Vəlvələ körpüsünün beton dirəklərini də sel yuyub. Hazırda Vəlvələ körpüsü qəzalı vəziyyətə düşüb. Körpünün üzərindən nəqliyyat vasitələri keçən kimi körpü silkələnməyə başlayır”.
Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıblar - VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB














