Banner

Şəmkir-Gədəbəy yolunda AĞIR QƏZA: Xəsarət alan var - YENİLƏNİB

Qəzalar 29 Oktyabr 2026 13:36
Şəmkir-Gədəbəy yolunda AĞIR QƏZA: Xəsarət alan var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Şəmkir-Gədəbəy yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü şəxs (kişi) oktyabrın 29-da saat 02:00-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

"Ona baş-beynin ocaqlı travması (kontuziya), travmatik subdural qansızma, üz və kəllə sümüklərinin sınıqları diaqnozları təyin olunub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

***11:48

Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 338
ŞƏRH YAZ
Ad

E-mail

Şərh