Şəmkirdə 6 nəfərin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI - FOTO - VİDEO

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az xəbər verir ki, VAZ-2106-nın sürücüsünün qardaşı Polad Aslanov APA TV-yə açıqlamasında bildirib ki, həmin şəxslər "ciyər axşamı"na gələndə "KİA" ilə vurulublar: "Yüksək sürətlə gəlirmiş. Gedib xəstəxanada KIA-nın sürücüsünü tapdım. Dedi ki, günah məndədir, onların səhvi yox idi". O, bərk sürdüyü üçün avtomobili saxlaya bilmədiyini dedi".
Qeyd edək ki, qəzada 7 nəfər xəsarət alıb. Vəfat edən sürücü Əlizamin Aslanovun 5 yaşlı oğlu Qoşqar Aslanovun vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
***11:41
Şəmkir rayonunun Əliyaqublu kəndində baş verən qəzanın bəzi təfərrüatı bilinib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, qəzaya düşənlər hadisə zamanı həyatını itirən VAZ-2106 markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun bacısı oğlunun Dəllər-Cəyir kəndində bu gün keçirilməsi nəzərdə tutulan kiçik toy mərasimindən öncə təşkil olunan "ciyər axşamı"na gedirmişlər.
İlahə Məmmədova

Zəhra Vəliyeva

***10:48
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində 2009-cu il təvəllüdlü Elvin Məmmədov ölüb.
Avtosfer.az xəbər verir ki, oxu.az E.Məmmədovun fotosunu əldə edib.
Xatırladaq ki, hadisə ötən gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində VAZ-2106 avtomobili ilə KIA markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada həyatını itirib.
Fotonu təqdim edirik:

“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi
Qəzada həyatını itirən Fəqan tələbə imiş - FOTO
Qəzalarda ölənlərin 32 faizi kəmərdən istifadə etməyib - Elşad Hacıyev
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO












