Şəmkirdə ağır qəza: Bir ailənin 4 üzvü öldü - FOTOLAR

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. Hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” lə “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, xəsarət alan 6 şəxsdən 4 nəfəri keçinib. “Mercedes”in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. “VAZ” da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.
“Mercedes” in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb “VAZ”-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.
***
Şəmkirdə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəzada ölənlər “VAZ 2106” markalı avtomobilin sürücüsü Yeni Həyat kənd sakini, 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova, gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova və qızı 1980-ci il təvəllüdlü Xanım Bayramovadır. Yaralılar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramov və “Mercedes”in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarovdur.
Xəsarət alan V. Bayramov və İ. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO














