Şəmkirdə ağır qəza: Yuxulu sürücü “TIR”ı beton körpüyə çırpdı - VİDEO

Qəzalar 14 Noyabr 2023 20:07 Oxunub 11480
Şəmkirdə ağır qəza:  Yuxulu sürücü “TIR”ı beton körpüyə çırpdı  - VİDEO

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 13-də gecə saatlarında Şəmkir rayonunun Könüllü kəndində qeydə alınıb. Hərəkətdə olan “TIR” anidən yoldan çıxaraq aşıb. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb sürücünün yuxulu halda nəqliyyat vasitəsini idarə etməsi olub. Belə ki sükan arxasında yatan şəxs idarəetməni itirərək yük maşınını öncə çuxura, daha sonra isə beton körpüyə çırpıb. Nəticədə böyrü üstə aşan “TIR” sıradan çıxıb, sürücü isə yaralanıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh