Banner

Şəmkirdə ağır qəzada yeddi nəfər həlak oldu - FOTO - YENİLƏNİB

Qəzalar 7 Avqust 2025 11:11 Oxunub 1256
Şəmkirdə ağır qəzada yeddi nəfər həlak oldu  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB  məlumat yayıb.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

***09:48

Şəmkirdə baş verən qəzaya səbəb sürücünün ürək tutması olub.

Avtosfer.az xəbər verir ki, sürücü Arif Bağırov sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi üçün qəza baş verib.(unikal)

***09:18
Şəmkirdə baş verən ağır qəzada ölən şəxlərin kimlikləri məlum olub.

Avtosfer.az xəbər verir ki, ölənlər 1992-ci il təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,1977-ci il təvəllüdlü Aydın Pənahov,1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-ci il təvəllüdlü Arif Bağırovdur.

***09:06

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması zamanı yaralananların kimlikləri məlum olub.

Avtosfer.az xəbər verir ki, xəsarət alanlar "Mercedes Sprinter"insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır.

Yaralılardan K.Məmmədovun vəiyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb. 

Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki Bakıdan-Qazax gedən "Mercedes Sprinter" markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ölüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir.

Məlumata görə, ölənlərin əksətiyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib.
***
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində yeddi nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh