Şəmkirdə avtomobil qadını vuraraq öldürüb

Qəzalar 7 Mart 2026 23:41
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh