Şəmkirdə bir saat içində iki avtoqəza baş verib, 3 yaralı var

Şəmkir rayonunda baş vermiş 2 avtoqəzada 3 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, ilk hadisə Şəmkir şəhərində "Əli bulağı" adlanan ərazidə baş verib. Burada iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - Şəmkir rayon Mahmudlu kənd sakini, 1981-ci il təvəllüdlü Kərim Zirəddin oğlu Məmmədov yaralanıb.
Digər avtomobil qəzası isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Belə ki, "Qazel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaya parçasına çırpılıb. Nəticədə avtomobildə olan, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü, Səfərov Ceyhun Fəxrəddin oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü, Əliyeva Sədaqət Cəmil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki qəzada yaralananlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












