Şəmkirdə iki yük avtomobili TOQQUŞDU - YENİLƏNİB

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1964-cü il təvəllüdlü şəxs (kişi) avqustun 5-də saat 03:00-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi xidmət göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanır./oxu.az
***
Şəmkirdə iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Hadisə avqustun 5-də saat 02:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən 419-cu kilometrliyində baş verib. Belə ki, sürücü, Kəlbəcər rayonunun Abdullahuşağı kəndində qeydiyyatda olan, 1964-cü il təvəllüdlü Salman Feyzi oğlu Verdiyevin idarə etdiyi DAF markalı 77-XR-439 dövlət qeydiyyat nişanlı yük avtomobili Balakən rayon Hənifə kəndində yaşayan, 1990-cı il təvəllüdlü Nurlan İbrahim oğlu Bayramovun idarə etdiyi "KamAZ" markalı, 10-NT-186 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb. Nəticədə DAF-ın sürücüsü xəsarət alıb və ambulator qaydada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib",- deyə məlumatda bildirilir.
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












