Banner

Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO

Qəzalar 18 Yanvar 2026 10:53
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdü Ruslan Süleymanov həyatını itirib. 2001-ci il təvəllüdlü Kamran Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Xəsarət alması səbəbilə 18 yanvar saat 00:40 radələrində 1985-ci il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən verilən xəbərə görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Oxunub 258
ŞƏRH YAZ
Ad

E-mail

Şərh