Şəmkirdə mikroavtobus su kanalına aşdı - FOTO - YENİLƏNİB

Şəmkirdə avtomobil qəzasında xəsarət alan 12 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qurumdan qeyd edilib ki, xəsarət alanların 11-i qadın və biri kişidir:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
***10:06
Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rayonun Keçili kəndi ərazisində "Mercedes-Benz" markalı mikroavtobusun su kanalına aşması nəticəsində Aygün Rövşən qızı Musayeva (1984), Aygül Həsən qızı Hüseynova (1958), Laləzar Göygöz qızı Hüseynova (1965), Afət Eyyub qızı Məmmədova (1962), Natella Müzəffər qızı Məmmədova (1966), Məlahət Cəfər qızı Cəfərova ( 1965), Elman Rasim oğlu Səlimov (1994), Nuriyyə Köçəri qızı Musayeva (1986), Bəsti Köçəri qızı Musayeva (1956), Gülnar Ramiz qızı Əhmədova (1987), Mahirə Bayram qızı Babayeva (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
***09:12
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublər, faktla bağlı araşdırma aparılır.

Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki piyadanı maşın vurdu - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO
Gəncədə ağır qəza: Üç yaralı












