Şəmkirdə müəllimlər qəzaya düşdü: Biri öldü - FOTO - YENİLƏNİB

Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Həqiqət İsmayılova müəllimə imiş.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
"İyunun 11-i saat 10:30-da Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Həqiqət İsmayılova Şəmkir rayonu Şahin Əmirov adına Dəllər Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət müəlliməsi, Şəbnəm Hüseynova isə həmin məktəbin rus dili müəlliməsi idi", - deyə məlumatda bildirilir.
***11:53
Bu gün səhər saatlarında Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının 392-ci kilometrliyində qeydə alınıb.
"Hadisə 20-DN-468 dövlət nömrə nişanlı "Great Wall Haval" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində baş verib. Şəbnəm Firudin qızı Hüseynovanın idarə etdiyi avtomobildə üç nəfər olub. Onlardan bir nəfər hadisə yerində həyatını itirib, bir azyaşlı isə xəsarət alıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.(oxu.az)
***
Şəmkirdə minik maşının aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, ölən şəxs avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılovadır.
Xəsarət alanlar sürücü 2001-ci il təvəllüdlü Ş.Hüseynova və avtomobildə olan sərnişin 2021-ci il təvəllüdlü Əlidir.
Qeyd edək ki, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləri olub.
Faktla bağlı araşdırma aparılır.
***10:53
Şəmkirdə yol qəzası olub, qadın sürücü ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı qadın sürücü hadisə yerində ölüb, sərnişin olan azyaşlı oğlan isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu yolda qəzalar təkrarlanır: Bu dəfə “Mercedes”lə “Hyundai” toqquşdu - VİDEO
Göyçayda iki “VAZ” toqquşdu, sürücülərdən biri xəsarət aldı - VİDEO
Hava limanı yolunda ağır qəza: “BYD” yük maşını ilə toqquşdu - VİDEO
Sürücü düz yolunu getdiyi yerdə qarşıdakı maşına çırpıldı - VİDEO
Ucar sakini Qazaxıstanda yol qəzasında öldü - FOTO - YENİLƏNİB
Ağdərədə qəzada ölən ər-arvadın FOTOsu
Polis qadın piyadanı vuraraq ağır yaralayan motosikletçini axtarır - VİDEO
Bakıda sərnişin avtobusları toqquşub - FOTO - VİDEO
Biləsuvarda iki avtomobil toqquşdu, ardınca ağaca çırpıldı - VİDEO
Ağır qəza BAŞ VERDİ: Ər-arvad öldü
Sumqayıtda qəza: Zərbədən avtomobilin ön təkəri qoparaq yola düşdü - VİDEO










