Şəmkirdə toy karvanında qəza - 9 nəfər xəsarət aldı - VİDEO

Beyləqanda minik maşını mikro avtobusa çırpılıb. Qəza zamanı avtomobilin sürücüsü hadisə yerində ölüb. Şəmkirdə isə toy karvanında avtomobil qəzaya uğrayıb, 9 nəfər xəsarət alıb. Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində isə toqquşan iki maşından biri yol kənarındakı piyadaları vurub. Onlardan biri ölüb. Mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə minik avtomobilin sürücüsü hadisə yerində ölüb.
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Beyləqan rayonunun Dünyamalılar kənində olub. Rayon sakini Məhəmməd Məmmədov idarə etdiyi avtomobili qarşıda gedən həmyerlisi İlham Məmmədovun idarə etdiyi mikroavtobusa vurub.Qəza zamanı vminik avtomobilinin sürücüsü Məhəmməd Məmmədov hadisə yerində ölüb. Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şəmkirdə isə toy karvanında avtomobil qəzaya uğrayıb. rayonun abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub., nəticədə 4-ü uşaq olmaqla 9 nəfər xəsarət alıb onlar müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.faktla bağlı şəmkir rayon polis şöbəsində araşdırma aparılır.
Ötən gün axşam saatlarında isə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində iki avtomobil toqquşub.Toqquimadan sonra maşınlardan biri yol kənarında olan olan 4 nəfər piyadanı vurub.Nəticədə həmin piyadalardan Mirzəbəy Babayev, Həsənağa Axundov və Xalid Əlməmmədov xəsarət alıb. Şəxsiyyəti hələki müəyyən edilməyən bir nəfər isə hadisə yerində ölüb.Yol polisi əməkdaşları ölən şəxsin kimliyini araşdırır.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










