Şəmkirdə "VAZ", Göygöldə "KamAZ" yanıb

Ötən gün Şəmkir rayonu, Dəllər qəsəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 120 kvadratmetr olan olan avtomobil təmiri sexində yanğın hadisəsi baş verib. Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, hadisə zamanı sexdə təmirə dayanan "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Avtomobilin qalan hissəsi və təmir sexi yanğından mühafizə olunub. Yanğının baş vermə səsbəbləri hələlik məlum deyil.
Ötən gün daha bir yanğın hadisəsi Göygöl rayonunun, Çaykənd kəndi ərazisində baş verib. "KamAZ" markalı avtomobili ilə hərəkətdə olan sürücü idarəetməni itirdiyindən qəza şərait yaradıb. Nəticədə xəsarət alan olmasa da yük avtomobili anidən yanmağa başlayıb. Alov avtomobilin arxa təkərlərini sıradan çıxarıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası "KamAZ" markalı yük avtomobilinin qalan hissəsini yanğından mühafizə edə bilib. Yanğının səbəbləri araşdırılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












