Şəmkirdə yük maşını aşdı, ölən var - YENİLƏNİB

Şəmkirdə baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Avtosfer.az-a verilən açıqlamada bildirilir ki, 31.08.2025-ci il tarixində saat 00:40 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospital olunub.
2007-ci il (2 nəfər) və 2010-cu il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin travmaları və açıq sınıqları diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib.
2007-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
***09:24
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "MAZ" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Z.Səmədov dünyasını dəyişib. Yaralananlar isə 2008-ci il təvəllüdlü E.Cəbiyev, 2007-ci il təvəllüdlü E.Səfxanov və 2010-cu il təvəllüdlü R.Alıyevdır.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rayon ərazisində avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Sovet Azərbaycanında vətəndaşların bixəbər olduğu təyyarə qəzası - FOTO
Qəbələdə AĞIR QƏZA: Heydər İsrafilov ÖLDÜ
ABŞ-də jurnalistlər olan vertolyotda QƏZA: ÖLƏNLƏR VAR
Sumqayıtda ağır qəza - ÖLƏN var
Mehdiabad yolunda qəza: Qadın sürücü maşını maneələrin üstünə çıxardı – VİDEO
Bərdədə AĞIR QƏZA: ÖLƏN VAR
Bakıda qəza: İşıq dirəyinə çırpılan VAZ aşdı - VİDEO
Çin şirkətinin təhlükəsizlik yastıqlarına görə 10 nəfər öldü
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Azərbaycan SSR-də qəzalar: “Lenin yolu” yaza bilər, Azərinform yaya bilməz - FOTO
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO











