Banner

Şəmkirdə zəncirvari qəza: 6 maşın bir-birinə girdi - VİDEO

Qəzalar 26 Avqust 2025 17:11 Oxunub 778
Şəmkirdə zəncirvari qəza: 6 maşın  bir-birinə girdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir rayonu, Morul kəndində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı, 2 ədəd “Opel” markalı, “VAZ-21011” markalı, “Qazel” markalı və “VAZ-21099” markalı avtomobillər toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəyib, “VAZ-2107” markalı avtomobilin qadın sürücüsü şoka düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, “VAZ-2107” markalı avtomobili idarə edən sürücünün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vüqar Rüstəmovun həyat yoldaşı olduğu iddia edilib.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh