Şənlikdən qayıdan ailə dəhşətli qəzaya düşdü: Ölənlər var - FOTO

Sumqayıtda ağır yol qəzası baş verib. Avtosfer.az-ın lent.az-a istinadən məlumatına görə, Sumqayıtın Heydər Əliyev prospektində "VAZ 21015" və "Geely" markalı iki minik avtomobili toqquşub. Nəticədə "VAZ 21015"də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, avtomobildə olan şəxslər bir ailənin üzvü olub. Onlar ad günü şənliyindən evə qayıdırmış.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
***
Sumqayıtda baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri Heydər Əliyev prospektində "VAZ 21015" ilə "Geely" markalı minik avtomobillərinin toqquşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən yaralılardan Orucova Tutu Ədalət qızı həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, qəzada dünyasını dəyişən Vüsal Orucov veb-proqramçı və bir neçə saytın təsisçisi olub. O, həm də Avropa Azərbaycan məktəbində dərs deməyə başlayıbmış. Onun qəzada yaralanan qardaşı Vüqar Orucov isə model və dizayner kimi fəaliyyət göstərir.
Qeyd edək ki, dünyasını dəyişən Tutu Orucova Vüqar Orucovun həyat yoldaşıdır.
Vüsal Orucovun tək və qardaşı Vüqarla çəkdirdiyi bəzi fotoları təqdim edirik.
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB
Yevlaxda dəhşətli qəza: İki nəfər öldü, üç nəfər yaralandı - VİDEO
Ələt-Astara yolunda qəza olub: Üç nəfər xəsarət alıb
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
















