Sərnişin aparan yük maşını aşdı: 47 ölü, 24 yaralı

Madaqaskarın paytaxtı Antananarivunun şimal-şərqindəki Ancozorobe bölgəsində ağır avtoqəza baş verib. Avtosfer.az istipress-ə istinadən verdiyi xəbərə görə, şəhər rəsmilərindən biri Lova Andriamanantsoa bu barədə jurnalistlərə açıqlamasında deyib. Qaydalara zidd olmasına baxmayaraq, onlarla sərnişin daşıyan bir qoşqulu yük maşını idarəetmənin itirilməsi nəticəsində Ancozorobedəki Mananara çayına düşüb. İlkin müayinələrə görə, qəzada aralarında uşaqların da olduğu ən azı 47 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb. Onlardan 11 nəfərinin vəziyyəti daha ağırdır. Axtarış-xilasetmə işlərinin davam etdiyi hadisədə ölü sayının artacağı istisna deyil. Digər tərəfdən hadisə şahidləri həddindən artıq sürət səbəbindən aşan avtomobildəki insanların toydan qayıtdığı bildirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












