Sərnişin avtobusları toqquşub, yaralananlar var - FOTO

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran şəhəri, Füzuli küçəsində, Avtobaza deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhəri ərazisində işləyən "PAZ" markalı 42 BR 149 dövlət qeydiyyat nişanlı Dairəvi marşrut avtobusu Astara rayonu, Züngüləş kənd sakini Elşən Salman oğlu Novruzovun idarə etdiyi Lənkəran-Astara xətti ilə hərəkət edən "Mercedes" markalı, 07 BG 788 dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə mikroavtobusda olan 13 sərnişindən 4 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Yaralılardan 17 yaşlı Xoşbəxt Hüseynzadənin vəziyyəti nisbətən ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Lənkəran şəhəri Dairəvi marşrut avtobusu qaraja hərəkət etdiyindən içərisində sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
















