Sərnişin AVTOBUSU AŞDI: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

"Lənkəranda baş verən avtomobil qəzası ilə bağlı araşdırma aparılır".
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev deyib.
M.Rzayev qeyd edib ki, bu gün saat 13:00-da Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus "VAZ" markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi "Isuzu" markalı avtobusun toqquşması ilə nəticələnən yol-fnəqliyyat hadisəsi baş verib:
"Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır".
***
14:48
Lənkəranda baş verən qəzada 21 nəfərin xəsarət aldığı bildirilir.
Avtosfer.az xəbər verir ki, yaralıların artacağı istisna olunmur.
Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, avtobus Lənkəran - Separadi marşrutu üzrə hərəkət edib. Xəsarət alanların əksəriyyətinin Separadi kənd sakinləri olduğu deyilir.
***
Lənkəranda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.
Avtosfer.az xəbər verir ki, Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.
***
Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, qəza Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu "VAZ-2107" markalı avtomobilin üstünə aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
(apa)



Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO
Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var - FOTO
Xankəndidə “Lada” ilə motosiklet toqquşdu - Tələbə xəsarət aldı - FOTO
"Mercedes" avtobusla toqquşdu: Yaralananlar var - FOTO
Gəncədə AĞIR QƏZA: Kuryer həyatını itirdi - FOTO - YENİLƏNİB
Paytaxtda AĞIR QƏZA: ÖLƏN VAR
Lökbatanda taksi sərnişin avtobusu ilə TOQQUŞUB - VİDEO - YENİLƏNİB
Motosiklet qəzalarında 5 nəfər ölüb - DYP-dən XƏBƏRDARLIQ
Binədə idarəetmədən çıxan “KIA” aşdı - VİDEO
Bakıda dəhşətli QƏZA: Qaydaları ciddiyə almayan moped sürücüsü iki maşının arasında qaldı - VİDEO










