Sərnişin avtobusu çaya düşüb, 25 nəfər ölüb

Banqladeşdə sərnişin avtobusunun Padma çayına düşməsi nəticəsində azı 25 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə yanğından mühafizə və mülki müdafiə xidmətinin nümayəndəsinə istinadən yerli "The Daily Star" nəşri məlumat yayıb. Sərnişin avtobusu Banqladeşin mərkəzi hissəsində pontonda bərəyə minməyi gözləyərkən çaya düşüb. Nəqliyyat vasitəsində 40-a yaxın insan olub. Xilasedicilər hadisədən bir neçə saat sonra avtobusu çayın dibindən çıxarıblar. "Axtarış-xilasetmə işləri ordu, polis, sahil mühafizəsi və yerli administrasiyanın dəstəyi ilə 10 dalğıc da daxil olmaqla dörd bölmə tərəfindən həyata keçirilib", - yanğından mühafizə xidmətindən bildirilib. Hazırda ölən 25 nəfərdən 23-nün şəxsiyyəti müəyyənləşdirilib. Ölənlər arasında qadınlar və uşaqlar var. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.
***
Mərkəzi Banqladeşdə sərnişin avtobusunun Padma çayına düşməsi nəticəsində ən azı 18 nəfər həlak olub. Bu barədə "The Daily Star" qəzeti məlumat yayıb. Qeyd olunub ki, sərnişinləri daşıyan avtobus pontonda bərəyə minmək üçün gözləyərkən çaya düşüb. Gəmidə təxminən 40 nəfər olub, 11 sərnişin sahilə təkbaşına çatmağı bacarıb. Xilasedicilər qəzadan altı saat sonra avtobusu çay yatağından çıxarıblar. On səkkiz nəfərin meyiti tapılıb, bir neçə sərnişin itkin düşüb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












