Sərnişin avtobusu minik maşını ilə toqquşdu - YENİLƏNİB

"Bakının Xəzər rayonunda 150 saylı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb".
Bu məlumat cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1 oktyabr saat 22:55 - də Xəzər rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
"Təcili tibbi yardım heyəti tərəfindən xəsarət alan 20 yaşlı (kişi cinsli) şəxs Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində həkim-neyrocərrah tərəfindən müayinə olunan və dərialtı yumşaq toxumaların əzilməsi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıb", - deyə açıqlamada qeyd olunub.
***
Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO












