Sərnişin dolu avtobus ağaca çırpıldı - Bakıda
Qəzalar
27 İyun 2016 17:19

Faktla bağlı araşdırma aparılır
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. Avtosfer.az admiral.az-a istinadən hadisə "Əhmədli" metrostansiyası yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən 44 saylı "DAEWOO" markalı sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə sürücü avtomobili ağaca vurub.
Qəza nəticəsində avtobusun içərisində olan sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı Raziyə Kərimovanın baş nahiyəsi çapılıb. Digər xəstə, 32 yaşlı Aida Babayevanın isə bel və omba nahiyəsində sınıq qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1473
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
11 Oktyabr 2026 21:49
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
ŞƏRH YAZ












