Sərnişin mənzərəni çəkərkən uğradıqları qəzanı anbaan lentə aldı - VİDEO
Qəzalar
25 Yanvar 2024 20:19
Oxunub 8138

İsmayıllıda baş vermiş qəzanın görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 24-ü səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 01-CC-250 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. İddiaya əsasən, hadisəyə səbəb qarlı hava şəraiti olub. Belə ki, idarəetmədən çıxan maşın sürüşərək dirəyə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücü və sərnişin xəsarət almayıb.
İşin maraq doğuran tərəfi isə avtomobildəki sərnişinin mənzərəni çəkərkən qəza anının anbaan kameraya düşməsi olub.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













