Sərnişin qatarı relsdən çıxaraq evə girdi – 4 ölü

"Afina-Saloniki" qatarının qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub, beş nəfər yaralanıb. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Yunanıstanın TRAINOSE dəmir yolu şirkəti xəbər verib. Məlumatda deyilir ki, yerli vaxtla saat 21.45-da "Afina - Saloniki" reysini yerinə yetirən sərnişin qatarı, Adendros stansiyasının yaxınlığında indiyədək naməlum olan səbəblərdən relsdən çıxıb. Dörd sərnişin həlak olub, beş nəfər xəsarət alıb. Qatarın maşinisti ciddi yaralanıb. Qeyd olunur ki, hadisə yerində yanğınsöndürənlər və təcili yardım işləyir, iki dövlət xəstəxanasını yaralıların qəbuluna hazır vəziyyətə gətirilib. Qeyd edək ki, daha öncə, içində təxminən 100 sərnişin olan qatarın qəzaya uğraması nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilirdi.
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












