Sərnişin təyyarəsi dronla toqquşdu

Kanadanın Kvebek bölgəsində pilotsuz uçuş aparatı ilə enişə keçən sərnişin təyyarəsi toqquşub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Kanada nəqliyyat naziri Mark Qarno hadisə zamanı heç kimin zərər çəkmədiyini deyib. Olay ötən həftə baş verib, məlumat isə yeni yayılıb. Nazir dron və təyyarənin toqquşmasının ölkədə ilk dəfədir baş verdiyini söyləyib. O qeyd edib ki, qanunvericilik dronlardan hava limanlarının 5 kilometrliyinə qədər məsafədə istifadəni qadağan edir: "Dron həmin vaxt orada olmamalıydı".
M.Qarno bildirib ki, əgər dron təyyarənin mühərrikinə və ya kabin hissəsinə dəysəydi, ciddi nəticələrə səbəb olardı. O, gələcəkdə bu cür hadisələrdən yayınmaq üçün şəxsi dronlardan istifadə məsələsində yeni qanuni tənzimlənmələrin həyata keçiriləcəyini vurğulayıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












