Sərnişin təyyarəsi qəzaya uğradı: 66 ölü - İsfahan vilayətində

İranın hakimiyyət orqanları qəzaya uğramış İsfahan vilayətində təyyarədə neçə nəfərin olması barədə açıqlama veriblər. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri Ələddin Borucerdi qəzaya uğramış təyyarədə 66 nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, təyyarədə 60 sərnişin və 6 heyət üzvü olub. "ISNA" agentliyi "Aseman Airlines" şirkətinə istinadən təyyarədəki sərnişinlərin və heyət üzvlərinin hamısının qəza zamanı həlak olduğunu xəbər verib.
Qeyd edək ki, təyyarə İsfahan vilayətində yerə düşüb. "Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.
***11:34
İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, içində 60 nəfərin olduğu təyyarə İsfahan vilayətində yerə düşüb.
Yerli telekanal "Press TV" isə bildirib ki, qəza zamanı təyyarədə 66 nəfər olub
"Aseman Airlines" şirkətinə məxsus təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş.
***11:34
İranda sərnişin təyyarəsi radarlardan itib. "Report"un məlumatına görə, bu barədə ölkə mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, təyyarə paytaxt Tehrandan Yasuc istiqamətində uçurmuş. Təyyarədə 60 nəfərin olduğu ehtimal edilir. Təyyarə "Aseman Airlines" şirkətinə məxsusdur.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












