Şərurda idaretmədən çıxan “VAZ” dərəyə düşdü - VİDEO
Qəzalar
12 Dekabr 2025 17:30
Oxunub 352

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb nəqliyyat vasitəsinin əlverişsiz hava şəraitində yüksək sürətlə idarə edilməsi olub. Nəticədə sürücü idarəetməni itirərək qəza törədib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi maddi ziyan dəyib.
Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub və maşın ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














