Banner

Şərurda yoldan çıxan “KIA” meşəliyə düşdü; sürücü xəsarət aldı - VİDEO

Qəzalar 24 Noyabr 2025 12:30 Oxunub 990
Şərurda yoldan çıxan “KIA” meşəliyə düşdü; sürücü xəsarət aldı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 23-də gecə saatlarında Muxta kəndinə gedən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan 73-BA-181 dövlət nömrə nişanlı “KIA” markalı avtomobil yoldan çıxaraq  meşəliyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib, sürücü yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, əraziyə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh