Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO

Sərxoş piyadanı avtomobil vurub öldürüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tambov şəhərində baş verən hadisə kameraya düşüb. Belə ki, sərxoş vəziyyətdə olduğu bildirilən 32 yaşlı yerli sakin gözlənilmədən yolun ortasına çıxaraq yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsini saxlamağa çalışıb. Bu zaman “Toyota Land Cruiser” markalı avtomobili idarə edən 53 yaşlı sürücü qarşısına çıxan şəxsi son anda görüb. Sürücü ani reaksiya verib əyləc sisteminə müdaxilə etsə də, avtomobili saxlamaq mümkün olmayıb və piyada ağır zərbə alıb. O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO












