Sərxoş sürücü 7 qonşunun avtomobilini əzdi - Bakıda

Bakının Binəqədi rayonunda sərxoş sürücü 7 qonşunun maşınını əzib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Atatürk prospekti, 65 ünvanında baş verib. “Hyundai” markalı avtomobilin sürücüsü Rasim Kazımov öz avtomobili ilə sərxoş vəziyyətdə evinə gəlib. O, binanın həyətində avtomobilini park etmək istəyərkən qonşulara məxsus maşınları əzib. Hadisə nəticəsində 7 avtomobilə ciddi ziyan dəyib. Qonşulardan birinə məxsus “Nissan” markalı avtomobil zərbənin gücündən həyətin küçə divarını dağıdıb. Dağılan divar isə yol kənarında dayanmış “Toyota Prado” markalı avtomobilin üstünə aşıb.
Hadisəni törədən sürücü Rasim Kazımov xəsarət alıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sərxoş sürücü əvvəlcə tibbi yardım üçün xəstəxanaya, daha sonra isə polis idarəsinə aparılıb. Rasim Kazımov saxlanılarkən anlaqsız vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
Bilgəhdə faciəli QƏZA: Sürücü və sərnişin öldülər
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO

















