Sərxoş sürücü Bakı-Sumqayıt yolunda qəza törətdi: 4 yaralı - FOTO

Bakı-Sumqayıt avtomobil yolunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb. Yolun qəza baş verən hissəsində təmir işləri aparılır və hərəkət zolaqlarından biri nəqliyyat hərəkəti üçün bağlanıb. Digər istiqamət isə arakəsmələrlə iki zolağa bölünüb. Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən “Lada” markalı avtomobilin sürücüsü təmir gedən yerə çatanda idarəetməni itirib. Avtomobil maneələri dağıdaraq, qarşı hərəkət zolağına keçib və Bakı istiqamətində hərəkətdə olan “QAZel” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Lada”nın sürücüsü və iki sərnişini, eləcə də, yüklə dolu “QAZel”in sərnişini xəsarət alıb. Yaralılar Sumqayıtdakı xəstəxanalara aparılıb. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, “Lada”nın sürücüsü avtomobili sərxoş vəziyyətdə idarə edib və təmirlə bağlı xəbərdarlıq, eləcə də, sürət həddinin azaldılması ilə bağlı nişanlara məhəl qoymayıb.
Faktla bağlı araşdırma aparılır.



Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO










