Sərxoş sürücü maşını ağaca çırpdı: 2 yaralı - FOTOLAR

Şirvanda sərxoş sürücünün törətdiyi avtoqəzada 2 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə saat 23.25 radələrində H.Əliyev prospektində qeydə alınıb. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Mədətov Cavad Əli oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Lada Priora” markalı, 90 MP 432 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Şirvan sakini, 1999-cu il təvəllüdlü Hüseynov Orxan Yunis oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki şəxs avtomobildə sıxılmış vəziyyətdə olduğundan Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlıqların köməyilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO














