Sərxoş sürücü piyadanı vurub polisdən qaçarkən yıxılıb yaralandı - YENƏ "PRİUS"

Qəzalar 19 Yanvar 2024 09:36 Oxunub 1228
Sərxoş sürücü piyadanı vurub polisdən qaçarkən yıxılıb yaralandı - YENƏ "PRİUS"
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda yol qəzası zamanı görünməmiş olay yaşanıb.

Avtosfer.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Bəylərova Nigar Niyazi qızını Rəhimov Rahim Əliağa oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil vurub.

Hadisə şahidləri dərhal polisə və təcili yardıma müraciət edib.

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücü R.Rəhimovun izahatını almaq istəyərkən sürücü qaçmağa çalışıb.

R.Rəhimov qaçarkən yıxılıb.

O, çənə və burun sümüyünü sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Məlum olub ki, sürücü sərxoş olduğu üçün törtədiyi hadisəyə görə izahat verməkdən boyun qaçırıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

apa

ŞƏRH YAZ
Ad

E-mail

Şərh