Sərxoş sürücü polis əməkdaşını vurdu

Bakının Nərimanov rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospekti 105 ünvanının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Mahmud Mahmudov idarə etdiyi “BMV” markalı və Bakı Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı, 1993-cü il təvəllüdlü Bədir Bədirlinin sürdüyü “Hyundai-A X 35” markalı avtomobillər toqquşub. Hadisə zamanı Mahmud Mahmudovun sərxoş olduğu bildirilir.
Nəticədə Bədir Bədirli və onun sərnişini, 1990-cı il təvəllüdlü Oktay Namazov xəsarət alıblar. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












