Sərxoş sürücü qəza törətdi: 6 yaralı

Mingəçevirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesində, "Karvan Petrol”un qarşısındakı yol dairəsində qeydə alınıb. Qəza zamanı "VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq qapalı yol dairəsinə girib və orada maneələrə çırpılıb. Nəticədə 5-i bir ailənin üzvü olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıb.
Xəsarət alan şəxslər:
Sürücü - 1955-ci il təvəllüdlü Yevlax rayon Tanrıqullar kənd sakini Yaqub Əmiraslan oğlu Mustafayev
Sərnişinlər - 1951-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Qivami Fərzəli oğlu Abdullayev
1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zeynəb Abdulla qızı Abdullayeva
2011-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Zərifə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə Vüsal qızı Abdullazadə
2015-ci il təvəllüdlü Mingəçevir sakini Bayram Vüsal oğlu Abdullazadə
Xəstəxanaya yerləşdirilmiş yaralıların müayinə və müalicəsi davam edir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












