Sərxoş vəziyyətdə maşın sürüb qəza törədənlərin sayı açıqlandı - DƏHŞƏTLİ RƏQƏMLƏR

Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunması ağır nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Bu hallar həm spirtli içkinin, həm də narkotik və psixotrop maddələrin təsiri altında baş verir.
Avtosfer.az-ın məlumatına görə, aparılmış təhlillər göstərir ki, bu ilin 9 ayı ərzində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə baş verən 6 qəzada 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Ötən ilin eyni dövründə sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə isə 17 qəzada 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Hadisələrdə ölüm və xəsarətlərin azalma təsnifatına görə diqqət çəkən məqam ondan ibarətdir ki, il ərzində DYP əməkdaşları tərəfindən respublika ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 9 407 fakt aşkarlanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 621 fakt çoxdur. Bu statistika 9 407 potensial təhlükənin, ölüm və xəsarətin qabaqlayıcı tədbiridir ki, həmin sərxoş sürücülər hərəkətdən kənarlaşdırılıb.
Faktlar göstərir ki, profilaktik nəzarətin gücləndirilməsi, DYP əməkdaşlarının xidmət rejiminin artırılması və narkoloji testlərin tətbiqi qanun pozuntularının vaxtında müəyyən edilməsində mühüm rol oynayıb. Davranışlarında şübhə doğuran sürücülərdə aparılan narkoloji və tibbi müayinələr onların vəziyyətinin operativ qiymətləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.
Yollarda hadisələr təkcə ölümlə yekunlaşmır, sürücülərin, sərnişinlərin və piyadaların xəsarət almaları, sağlamlıqlarını və əmək qabiliyyətlərini itirmələri faktları ömürlük məhrumiyyətlərə, yatağa düçar olmalarına səbəb olur. Bu il 905 yol-nəqliyyat hadisəsində xəsarət alan 757 nəfərdən 147-si ömürlük sağlamlığını itirib. Onlar artıq heç vaxt əvvəlki kimi danışa, hərəkət edə bilməyəcəklər. Bu insanların böyük əksəriyyəti ailə başçısıdır, gənclərdir. Bu ağırlığın dərəcəsini hər kəs anlamalı, yollarda qaydalara əməl etməlidir ki, insan həyatı, sağlamlığı puç olmasın və başqalarının həyatı məhv olmasın.
Bu hadisələrin baş verməməsi üçün narkoloji testlər, təşkil olunan profilaktik reydlər, gücləndirilmiş xidmət rejimi və radar sistemləri ictimai təhlükəsizliyin ön xəttidir. Bu tədbirlər nəticəsində təkcə inzibati pozuntular aşkarlanmır, həm də yüzlərlə faciənin qarşısı alınır. Əgər 10 ayda sərxoş vəziyyətdə sükan arxasında 9 407 sürücü müəyyən edilərək aşkarlanıbsa, bu təkcə inzibati qayda pozuntusu deyil, digər insanların həyatı üçün real təhlükə göstəricisidir.
Sürücülər sükan arxasında yalnız tam ayıq vəziyyətdə olmalı, yol hərəkəti qaydalarına əməl etməli, özlərinin və başqalarının təhlükəsizliyini təmin etməlidirlər.
Eltac
Naxçıvanda avtomobil su kanalına aşdı - Bir ailənin 4 üzvü xəsarət aldı - ADLAR
Ələt-Astara magistralında TIR qəzaya düşdü - VİDEO
Yük və minik maşınları toqquşdu, sürücü öldü
“Nissan” “Ford”la toqquşub yandı – Yoldan keçən cütlük sürücünü xilas etdi - VİDEO
Gəncədə yol qəzası baş verib, biri körpə olmaqla üç nəfər xəsarət alıb - FOTO
Yolayrıcında qəza: “Mercedes” və “VAZ” toqquşdu - VİDEO
Yol polisi ölüm hadisəsinə görə xəbərdarlıq etdi - Kvadrisikli məsuliyyətsiz sürəndə... - FOTO
Qubaya istirahətə gedən Elçin kvadrosikl qəzasında öldü - FOTO
Prospektdə sürət həddini aşan “Opel” “Mercedes”lə toqquşdu - VİDEO
Yüksək sürət qəzaya səbəb oldu; avtomobil TIR-ın altına girdi - VİDEO
Qırmızı işığı saymayan sürücü ağır qəzaya səbəbə oldu – ANBAAN VİDEO










