“Sevgidə” uduzan fil - Hirsini avtomobillərdən çıxardı - VİDEO

Dişisindən ayrı düşən fil avtomobillərə ziyan vurdu. Çinin Yunnan vilayətində qoruqdan qaçan fil turistlərə çətin anlar yaşadıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, avtomobil yoluna çıxaraq nəqliyyatın hərəkətini iflic edən, depressiyada olduğu iddia edilən nəhəng canlı hirsini yoldakı maşınlardan çıxarıb.
Asiya fili yolda cəmi 20 dəqiqə qalsa da, avtomobillərdən birinin içindəki ana və dörd övladı sanki 20 il geri salıb. Onların olduğu avtomobilə sürtünən fil maşını bir neçə metr kənara sürüyüb. Avtomobilin içindəki sərnişinlər isə ölüm təhlükəsi ilə üzləşib.
Ancaq fil bununla kifayətlənməyib. Bu dəfə yoldakı digər maşınlara üz tutan nəhəng canlı azı 15 avtomobili əzib. Dərhal əraziyə cəlb olunan polislər fili yoldan uzaqlaşdırıb, insanları xaosdan xilas ediblər. Xoşbəxtlikdən tələfatın qeydə alınmadığı hadisə ilə bağlı araşdırmalar davam edir. Əlaqədar qurumlar, filin avtomobil yoluna necə gəlib çıxdığını dəqiqləşdirməyə çalışır. Oxşar halın bir daha qeydə alınmaması üçün, qabaqlayıcı tədbirlər görüləcək.
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO










