Sevil-Sevinc bacılarının törətdiyi qəza ilə bağlı son məlumat

Dünən Bakının mərkəzində tanınmış müğənni Sevil-Sevinc bacılarının avtomobillə yolu keçməyə çalışan piyadanı vurması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə saat 09:20-də “Gənclər” Meydanında (Qoşa Qala qapısının yanı, Konstitusiya Məhkəməsinin qarşısı) baş verib. Sükan arxasında əkiz bacılardan 1990-cı ildə anadan olmuş Bakı şəhər sakini Səfərova Sevinc Azad qızı olub. O, idarə etdiyi “Dodge Durango” markalı, “90 UA 555” dövlət qeydiyyat nişanlı avtomobil ilə 1930-cu ildə anadan olmuş, Yasamal rayon sakini Ağayev Söhrab Rüstəm oğlunu vurub. Hadisə vaxtı Sevincin əkiz bacısı Sevil də yanında olub və onlar avtomobildən düşərək yaralıya kömək etməyə çalışıblar. Əkiz bacılar təcili tibbi yardım maşınını müşayət ediblər və xəstəxanaya gəliblər. Bu arada yol qəzası zamanı ağır xəsarət alan 87 yaşlı Söhrab Ağayevin komaya düşməsi məlum olub. 1 saylı Şəhər Xəstəxanasına huşsuz vəziyyətdə ağır kəllə-beyin travması ilə gətirilən kişi təcili müayinə olunub. Məlum olub ki, onun beyninin sağ yarımkürəsi tamamilə əzilib və beyninə qan sızıb. Hazırda koma vəziyyətində olan yaralının həyatına təhlükə böyükdür. Sevil-Sevinc bacıları onu başqa və daha prestijli xəstəxanaya aparmaq istəsələr də, həkimlər buna icazə verməyiblər və S.Ağayevin hazırkı şəraitdə yerindən tərpədilməsinin riskli olduğunu deyiblər. Artıq 2 gündür ki, bacılar “Xəzər” TV-də “Hər şey daxil” verilişinə də çıxmırlar. Faktla bağlı araşdırma aparılır. Sevinc Səfərova polisə hadisə ilə bağlı izahat verib.
Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Altı avtomobil toqquşdu
Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı - VİDEO
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...










