Sevişən cütlüyün üstündən qatar keçdi - FOTO

Ulan-Ude (Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir) şəhərində hər kəsi şoka salan faciəvi hadisə baş verib. Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl dəmir yolunda baş vermiş hadisə böyük rezonans doğurub. Belə ki, qatar dəmir yolunda sekslə məşğul olan qadının başını qoparıb. Polislərin sözlərinə görə, faciəvi şəkildə ölən qadın və onun tərəf müqabili küçədə yaşayan bomjlardır. Hadisə baş verən zaman hər ikisi içkili olub.
Ümumiyyətlə, Buryatiya dəmir yolu bərbad vəziyyətdədir. Yerli sakinlər dəmir yolunun uşaqlar da daxil olmaqla, insanların ölümünə səbəb olmasından narahatlığını ifadə edib. Dəmir yolunun mətbuat xidməti isə baş verən hadisədən dolayı təəssüf etdiklərini deyib. "Baykal-Daily"-nin verdiyi məlumata görə, 31 mayda qatar bir kişinin ayaqlarını kəsib. O, hadisə yerindəcə dünyasını dəyişib. 3 iyul isə yük qatarının sürücüsü heç bir ayaqları olmayan adam aşkar edib. Qurban xəstəxanaya qaldırılsa da, onu xilas etmək mümkün olmayıb. İyulun əvvəllərində təhlükəsizlik qaydalarını pozaraq, uşaqları ilə birlikdə qatar yolunu keçmək istəyən ananın faciəli ölümü də o ərazidə yaşayanları ayağa qaldırıb. Belə ki, qadın maşinistin siqnallarına məhəl qoymayaraq yolu keçib. Qatarın sürücüsü təcili tormoz versə də, bədbəxt hadisənin qarşısını almaq mümkün olmayıb. Uşaqlardan biri hadisə yerindəcə ölüb, digər uşaq və anası ciddi bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər ikisinin vəziyyəti ağır olaraq qalır.
Yuxulu sürücü əks yola çıxıb qəza törətdi - ANBAAN VİDEO
Lökbatan-Qobu yolunda avtomobil aşıb - VİDEO - YENİLƏNİB
Qaydanı pozan sürücü qəza törətdi: Cərimə günahsız sürücüyə yazıldı - VİDEO
Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu - VİDEO - YENİLƏNİB
Paytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Bərdədə zəncirvari qəza: Dörd nəfər xəsarət aldı - FOTO
Gürcüstanda içində turistlərin olduğu avtobus qayadan aşdı: Ölənlər var - FOTO
Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...
Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - VİDEO
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb: Yaralılar var - YENİLƏNİB










