“Shacman” minik maşını ilə toqquşdu - Yaralılar var

Avqustun 16-sı Gəndov-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, axşam saatlarında 99 CS 297 dövlət nömrə nişanlı "Shacman" markalı yük maşını ilə 17 BC 567 nömrəli "VAZ 2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilində olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan "VAZ 2106"-nın sürücüsü Şabran rayon Uzunboyad kənd sakini Həsənov Ramiz Əhməd oğlunun vəziyyəti nisbətən ağırdır. Digər yaralıların xəsarətlərinin isə yüngül olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO












