"Shacman”a çırpılan “Opel”də ölən 3 nəfərin kimliyi məlum olub

Bakıda bu gün baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfərin şəxsiyyəti müəyyən edilib. Avtosfer.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından trend-ə verilən məlumata görə, yolun kənarında dayanan “Shacman” markalı yük avtomobilinə çırpılan “Opel” markalı minik avtomobilinin sürücüsü - Qubadlı rayonundan olan məcburi köçkün, 1989-cu il təvəllüdlü Ağayev Mükafat Bəylər oğlu, sərnişinləri - 1992-ci il təvəllüdlü Rzazadə Günel İntiqam qızı və onun 7 aylıq oğlu, 2006-cı il təvəllüdlü Rzazadə Ümid Asif oğlu hadisə yerində dünyasını dəyişiblər.
Qeyd edək ki, bu gün səhər saat 06:00 radələrində Baki-Ələt magistral avtomobil yolunda ağır yol qəzası olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:43-də başa çatıb.
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı










