Banner

Şimali Kiprdə gəmi qəzasına görə tutulan azərbaycanlılarla bağlı növbəti qərar

Qəzalar 13 Noyabr 2026 16:23
Şimali Kiprdə gəmi qəzasına görə tutulan azərbaycanlılarla bağlı növbəti qərar
WhatsApp kanalımıza abunə olun

Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə artırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Şimali Kipr mətbuatında məlumat verilib.

İş üzrə növbəti məhkəmə prosesi noyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.

Oxunub : 56
ŞƏRH YAZ
Ad

E-mail

Şərh