Şirkət maşını ağır qəzaya uğradı: 2 ölü, 2 yaralı - Bakı-Quba yolunda

Bu gün səhər saat 9 radələrində Bakı – Quba yolunun Siyəzən rayonundan keçən 102-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Quba istiqamətində yüksək sürətlə hərəkətdə olan 90 PX 275 dövlət nömrə nişanlı Çin istehsalı olan “ "Çanqan Benni Mini" markalı avtomaşın idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomaşnın iki nəfər sərnişini qəza yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü, 1991-ci ildə anadan olmuş Şükürov Kənan Şakir oğlu və sərnişinlərindən biri, 1992-ci il təvəllüdlü Ağayeva Afət Mirzəağa qızı xəsarət aldıqları üçün Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda Kənan Şükürovun vəziyyəti ağır olaraq qalmadadır. Qəzaya uğramış avtomaşın “Pizza Hut” reklamı ilə bəzədildiyindən onun hansısa şirkətə məxsus olduğu ehtimal edilir. Qəzanın yüksək sürətlə gedən avtomaşının yoldakı dalğavarı nahamar hisssədə idarəetmədən çıxması səbəbindən baş verdiyi deyilir. Hazırda qəzaya uğrayanların kimliyi müəyyən edilməkdədir. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.



Gədəbəydə ailə qəzaya düşdü: Ölən var
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ












