Şirkət rəhbəri və keçmiş TV əməkdaşının öldüyü hadisə barədə yeni faktlar - FOTO

2 gün əvvəl Hacıqabul rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabulun Nəvahi qəsəbəsindən keçən hissəsində Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi "Toyota Land Cruiser" markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobil aşarkən sürücü və ön oturacaqda əyləşmiş 1989-cu il təvəllüdlü Abbasov Elgün İlham oğlu təhlükəsizlik kəmərini taxmayıbmış. Məhz bu səbəbdən də zərbənin gücündən onlar maşının ön şüşəsindən yolun kənarına düşüblər və hadisə yerində vəfat ediblər. Avtomobilin arxa oturacağında əyləşmiş 23 yaşlı Seymur Əliyev isə kəmər taxmasa da, aşan nəqliyyat vasitəsinin salonunda qalıb. Xəstəxanaya yerləşdirilmiş gəncin həyatına təhlükə qalmadığı məlum olub. Bu arada məlum olub ki, qəzaya uğrayan avtomobil yaxınlıqdakı polis postundan keçərkən sürücü təhlükəsizlik kəmərini taxıbmış. Hadisə yerini müayinə edən polis qəza vaxtı avtomobilin təxminən saatda 140-150 kilometr sürətlə hərəkət etdiyini bildirib. Məlumata görə, qəzada vəfat edən şəxslər əslən Tovuzdan olsalar da, Bakıda yaşayırmışlar. Onlar bayram günləri ilə bağlı rayona gedib Bakıya qayıdarkən məlum hadisə ilə üzləşiblər. Qeyd edək ki, qəzada vəfat edən Orxan Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin qardaşı oğludur. O, özəl şirkətlərdən birinin direktoru imiş. Elgün Abbasov isə keçmiş futbolçu və Tovuzda fəaliyyət göstərən ARB24 telekanalının keçmiş əməkdaşı imiş.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO















